Madrid "Atletiko"sunun hücumçusu Luis Suares yeni komandasında özünü yaxşı tərəfdən göstərir.
Fanat.Az xəbər verir ki, AS nəşri ortaya yeni, maraqlı fakt qoyub.
Belə ki, uruqvaylı forvard "hindular"ın heyətində çıxdığı 4 matçda 216 dəqiqə oynayıb. Bu qarşılaşmalarda 3 qol və məhsuldar ötürmə ilə yadda qalan cənubi amerikalı 54 dəqiqədənbir vurulan qollarda iştirak edib.
Suares "Atletiko"ya sentyabrın 25-də "Barselona"dan keçib.
Fanat.Az