Qış fasiləsində ölkədən çıxmayacaq "Sumqayıt"ın keçirəcəyi yoldaşlıq oyunlarındakı üç rəqib artıq bəllidi. Fanat.az xəbər verir ki, baş məşqçi Aqil Məmmədov yetirmələrini Premyer Liqa və I divizion təmsilçiləri ilə oyunlarda sınayacaq.
"Sumqayıt" yanvarın 12-də "Rəvan"la qarşılaşacaq. 3 gün sonra I divizionun lideri "Araz"da üz-üzə gələcək gənclik şəhəri təmçilçisi AZAL-la görüşəcək.
"Sumqayıt" yanvarın 20-də daha bir oyun keçirəcək. Böyük ehtimalla həmin matçda rəqib I divizion təmsilçisi olacaq.
Fanat.az