Uels yığmasının baş məşqçisi Rayan Giqqz "Mançester Yunayted"in Edinson Kavanini transfer etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın formasıyla 963 oyun keçirmiş ulduz veteran "Webby & O’Neill’s" YouTube kanalına belə danışıb:
"Kavani Uels millisinə qarşı oynayıb. Bu, mənim yığmanın baş məşqçisi qismində çıxdığım ikinci qarşılaşma idi. Həmin görüşdə özünü ən yaxşı tərəfdən göstərdi. Müqayisə üçün Luis Suaresdən də üstün göründüyünü deyə bilərəm.
Edinson uzun müddət futbolsuz qalıb. Təbii ki, tam hazır vəziyyətdə deyil. Ancaq MY azarkeşlərinin çoxdan istədikləri mərkəz hücumçusu arzusuna çatdıqları dəqiqdi. Kavani məhz bu mövqenin futbolçusudu, əsl mərkəz hücumçusudu. Həm də böyük təcrübəsi var. Ümid edirəm ki, sözünü deyəcək".
Fanat.Az