Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçında "Qəbələ" evdə "Səbail"lə üz-üzə gəlib. Komandalar hərəyə bir qol vuraraq bir xal qazanıb. Hazırda "qırmızı-qaralar" 5 xalla sonuncu pillədə yer alıb. Eyni xala malik və bir oyun az keçirən "dənizçilər" isə top fərqinə görə 7-ci sırada qərarlaşıblar.
Bu komandalar arasında çempionatında 12 qarşılaşma olub. İndiyədək "Qəbələ" 5, "Səbail" 3 dəfə qələbə qazanıb. 3 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqi də əyalət təmsilçisinin xeyirinədir - 20:13. "Səbail” son 6 matçda qol buraxıb. "Qəbələ” ev oyunlarını qolsuz və xalsız tərk etməyib.
Digər matçda isə "Neftçi" "ASK Arena"da "Keşlə"nin qonağı olub. "Ağ-qaralar" Namiq Ələsgərovun yeganə qolu ilə qələbəni bayram edib. Bununla da "Neftçi" ən azı bir günlük turnir cədvəlinin zirvəsinə yüksəlib.
Komandalar çempionatda ümumilikdə 63 dəfə qarşılaşıblar. Bu matçların 15-də "Keşlə", 33-də "Neftçi" qalib gəlib. 15 görüş isə heç-heçə başa çatıb. "Neftçi"nin vurduğu 95 qola "Keşlə" 61 qolla cavab verib. "Neftçi" son 8 səfər oyununu qolsuz tərk etməyib.
Qeyd edək ki, ilk dövrənin son turunda sabah keçiriləcək "Sabah" - "Sumqayıt" və "Zirə" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, VII tur
24 oktyabr
Qəbələ - Səbail 1:1
Qollar: Yurqen Qoxa, 4 - Hendrik Ekşteyn, 26.
Qəbələ: 1. Anar Nəzirov (k), 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 26. Stefan Vukçeviç, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 11. Rauf Əliyev, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 2. Arsen Ağcabəyov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu.
Keşlə - Neftçi 0:1
Qol: Namiq Ələsgərov, 68.
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 48. Dmitro Klots, 11. Silvio Rodriges, 23. Artur Batista, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 10. Sezar Meza Kolli, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov.
Baş məşqçi: Yunis Hüseynov.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 26. Ömər Buludov, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Saman Nərimancahan, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Füzuli Məmmədov.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"ASK Arena".
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Neftçi |
7 |
4 |
1 |
2 |
7:6 |
13 |
2 |
Sumqayıt |
6 |
3 |
2 |
1 |
9:6 |
11 |
3 |
Zirə |
6 |
3 |
1 |
2 |
8:8 |
10 |
4 |
Keşlə |
7 |
2 |
3 |
2 |
6:5 |
9 |
5 |
Qarabağ |
5 |
2 |
2 |
1 |
8:4 |
8 |
6 |
Sabah |
6 |
2 |
0 |
4 |
6:7 |
6 |
7 |
Səbail |
6 |
1 |
2 |
3 |
7:9 |
5 |
8 |
Qəbələ |
7 |
0 |
5 |
2 |
4:10 |
4 |
Bombardirlər |
Əli Qurbani (Sumqayıt), Namiq
Ələsgərov (Neftçi) - 5. Davit Volkov (Zirə) - 4. Mahir Emreli (Qarabağ), Ovusu
Kvabena (Qarabağ), Ramil Şeydayev (Sabah), Rauf Əliyev (Səbail), Klesio Bauk
(Zirə), Silvio Rodriges (Keşlə) - 2. |