"Qəbələ” itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Merab Qiqauri Azərbaycan Premyer Liqasının VIII turunu buraxacaq.
Buna səbəb gürcüstanlı legionerin cəzalı duruma düşməsidir. "Səbail”lə hazırda davam edən matçda sarı vərəqə alan yarımmüdafiəçi mövsümdə 4-cü xəbərdarlığını alıb.
Bu üzdən də Merab oktyabrın 31-dəki matçı buraxacaq. Həmin gün "qırmızı-qaralar” öz meydanında "Sabah”la üz-üzə gələcək.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol