Azərbaycan Premyer Liqasında çıxış edən komandaların orta yaş həddi müəyyənləşib.
Fanat.Az Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) araşdırmasına istinadən xəbər verir ki, çempionatın ilk 6 turunun oyunlarından sonra Premyer Liqanın ən gənc komandası "Sumqayıt" olub. "Gənclik şəhəri" təmsilçisində orta yaş həddi 25,6-dı.
"Zirə" siyahının ikinci (25,9), "Qəbələ" üçüncü (26,3), "Səbail" dördüncü (26,3), "Neftçi" beşinci pilləsində qərarlaşıb (26,4).
"Qarabağ" 27 yaşla altıncı, "Keşlə" 27,5 yaşla yeddinci olub. Orta yaş həddi 27,6 olan "Sabah" isə Premyer Liqanın ən yaşlı kollektividi.
Qeyd edək ki, böyük "5-lik" çempionatlarında ən yaxşı göstərici İtaliya "Milan"ına məxsusdu - 24.5. Dünyanın ən gənc kollektivi isə Latviyanın "Metta” klubu olub - 20,7.