"Los-Anceles Leykers"in hücumameyilli müdafiəçisi Denni Qrin NBA-nın yeni mövsümü dekabrın 22-də start götürəcəyi halda, Lebron Ceyms və bir sıra başqa tanınmış basketbolçuların sezonun birinci ayını buraxacağını deyib.
Fanat.Az xəbər verir ki, Qrinin sözlərini "The Ringer NBA Show" belə çatdırıb:
"Mövsüm dekabrın 22-də başlasa, uşaqların çoxu "mənsiz oynayın" deyəcək. Lebronun ilk görüşdə olacağına inanmıram. Əminəm ki, çempionat belə tez start götürsə, heç Ceymsi mövsümün birinci ayında da meydanda görməyəcəyik. Hə, bizimlə məşq edə bilər. Amma parket üzərinə könüllü şəkildə çıxacağına inamım yoxdur".
"Los-Anceles Leykers" finalda "Mayami Hit"i yenərək NBA-nın pley-offunun qalibi olub.
Fanat.Az