Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən "Real" - "Borussiya" (Mönhenqladbax) oyunu (2:2) Kərim Benzema üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, "Borussiya-Park"da Madrid klubunun qollarından birini vuran Benzema Lionel Messi, Kriştianu Ronaldu və Raul Qonzalesin uğurunu təkrarlayıb. Belə ki, sözügedən futbolçuların hər biri ÇL-də 30 müxtəlif komandanın qapısından qol keçirib.
Fanat.Az