Madrid "Real"ının mərkəz müdafiəçisi Serxio Ramos Mönhenqladbax "Borussiya"sı ilə oyunda (2:2) yeni statistik göstəriciyə nail olub.
Fanat.Az xəbər verir ki, 34 yaşlı ispan "Real"ın sabiq qapıçısı İker Kasilyasın nəticəsini təkrarlayıb. Belə ki, Ramos da Kasilyas kimi, Çempionlar Liqasında 16 mövsümün oyunlarına çıxıb.
Düzdür, Avropanın ən nüfuzlu klub turnirində Erik 125, İker isə150 oyun keçirib. Amma ÇL-in baş mükafatını müdafiəçi qolkiperdən daha çox qazanıb - 4:3.
Fanat.Az