"Liverpul" Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Midtüllann"a (Danimarka) qarşı matçda (2:0) tarixinin 10 000-ci qolunu vurub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter” səhifəsi məlumat yayıb. Yubiley qolunun müəllifi portuqaliyalı hücumçu Dioqu Jota olub.
Qeyd edək ki, "Liverpul" 1892-ci ildə yaradılıb. "Qırmızılar" 10 000-ci qoluna 5 753-cü oyununda imza atıblar.
Fanat.Az