Arda Turan Sinem Koballa barışmaq istəyir. Fanat.az xəbər verir ki, indiyədək bir neçə dəfə aktrisadan ayrılıb barışan futbolçunun bu dəfəki cəhdləri hələlik nəticəsiz qalır.
Dostlarını araya salıb Kobalın könlünü almaq istəyən Ardanın bu istəyi də baş tutmadığından başqa bir yola əl atıb. Belə ki, "Atletiko"nun üzvü Sinemlə aralarını düzəltmək üçün anası Yüksel Turandan yardım istəyib. İndi xanım Turan aktrisanı oğlu ilə barışmağa razı salmağa çalışacaq.
Türkiyə mətbuatının məlumatına görə, Arda hər gün dəfələrlə "Sarı fırtınam" dediyi sevgilisinə zəng etsə də, onunla danışa bilmir.
Fanat.az