"Napoli"nin müdafiəçisi Kalidu Kulibali "Liverpul"un onu heyətinə qatmaq planından danışıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, arxa xətt oyunçusu durumu belə dəyərləndirib:
"Mən Neapolu, Neapol isə məni sevir. Əsas olan budur. Oyun ardınca oyun keçirməyə həmişə hazır olmuşam. Hələ klubumla 3 illik müqaviləm də var. Başqa klubların mənimlə maraqlanmasını sakit qarşılayıram. Öz səviyyəmdə oynamağa davam edirəm, komandam üçün əlimdən gələni əsirgəmərəm. Gerisini zaman göstərəcək".
Qeyd edək ki, İtaliya təmsilçisinin 2014-cü ildə "Genk"dən 7,5 milyon avroya aldığı Kulibalini "Liverpul"un 10 dəfə çox - 75 milyona transfer etməyə hazır olduğu bildirilir.
Fanat.Az