"Rəvan"da Şahin Diniyevi əvəzləyəcək Güvenç Kurtar Türkiyə mətbuatına qısa müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- Təbrik edirəm. Mustafa Dənizli ilə ilə eyni ölkdə, Azərbaycanda çalışacaqsınız. "Rəvan"la ön protokol imzalamısınız...
- Sabah (bu gün) yola çıxacağam. İlkin danışıqları aparmışıq. Bir problem olmasa, dediyin kimi Azərbaycanda olacağam. İnşallah, orda uğur qazanıb türk mütəxəssislərin yolunu açacağıq.
- Təklif necə gəldi? Sizi necə tapdılar?
- TRT 3-də "Birə Bir" proqramını izləyiblər. Orda söylədiklərim xoşlarına gəlib. Yəqin ki, dediklərim əks-səda verib. Təəssüf ki, Türkiyədə buna reaksiya verən olmadı.
- Mustafa Dənizli Azərbaycanda çalışır. Bir müddət əvvəl Yılmaz Vuralın adı "Kardiff Siti" ilə anılırdı...
- Demək ki, mənim iştirak etdiyim proqram İngiltərədə izlənsəydi, ordan da təklif gələrdi. Yılmaz Vuraldan bizə fürsət qalır ki (gülür). Zarafat bir yana, Azərbaycanda uğur qazanmaq istəyirəm. Mustafa hoca ilə Türkiyəni ən yaxşı şəkildə təmsil edəcəyik.
Fanat.az