"Trabzonspor" baş məşqçisi Eddi Nyutonla yolları ayırıb.
Fanat.Az xəbər verir ki, ingiltərəli mütəxəssislə müqaviləyə xitam verilib.
DHA-nın yaydığı xəbərə görə, klub rəhbərliyi komandanın 2020/2021 mövsümündə uğursuz çıxışına görə bu addımı atmağa məcbur olub. Məsələ ilə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə Super Liqasının VII turunda evdə "Kasımpaşa"ya 3:4 hesabı ilə uduzan "Trabzonspor" 5 xalla 18-ci pillədə qərarlaşıb.
Fanat.Az