"Qarabağ" Azərbaycan Premyer Liqasının VII turunda "Keşlə" ilə ev matçının protokolunda son anda dəyişiklik etməli olub.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında start heyətdə Xayme Romeronun adı göstərilib, lakin onun yerinə meydana Patrik Andrade daxil olub.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bildirib ki, Romero zədələndiyi üçün oyuna çıxa bilməyib və onun yerinə Andrade meydana daxil olub.
Onun sözlərinə görə, yerdəyişmə rəsmi protokolda var və PFL-in saytında sonradan edilib. (report.az)