"Hazırkı vəziyyətimizi yaxşılaşdırmalıyıq. Noyabrdakı matçlar bizim üçün yaxşı fürsətdir. Azərbaycana qarşı yoldaşlıq görüşü irəliyə addım baxımından vacibdir".
Fanat.Az xəbər verir ki, bu fikirləri Sloveniya millisinin baş məşqçisi Matyaj Kek yerli federasiyanın rəsmi saytına açıqlamasında Azərbaycanla keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.
59 yaşlı mütəxəssis qarşıda 3 matç olduğu üçün geniş heyətə ehtiyac olduğunu vurğulayıb: "Bu, keyfiyyətli oyunu təmin etmək üçün çox vacibdir. Sürətli hücumlar zamanı hər şey qaydasında olur. Tempi aşağı saldıqda isə probem yaşanır".
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.