Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan "Makkabi” İsrail çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Təl-Əviv təmsilçisi IV turun oyunları çərçivəsində səfərdə Hayfa "Makkabi”si ilə qarşılaşıb.
Qarşılaşmada qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, ilk turda uduzan "Makkabi" (Tel-Əviv) ardıcıl üç oyundan heç-heçə ilə ayrılıb. IV turdan sonra "Makkabi” 3 xalla 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz "Makkabi” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Fanat.Az