"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiç karyerasını Bosniya və Herseqovinada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 31 yaşlı xorvatiyalı əlcək ustası sözügedən ölkənin "Zrinski" klubuna keçib.
Varvodiçin müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Miro Varvodiç 2012-ci ildə "Qarabağ"la iki illik müqavilə imzalamışdı. O, bir il sonra sözləşməni qarşılıqlı razılıq əsasında ləğv edib və Ağdam təmsilçisindən ayrılıb.
Fanat.Az