Amerikalı boksçusu Edrien Broner həbs edilib.
Fanat.Az xəbər verir ki, buna səbəb onun sosial səhifəsində etdiyi paylaşım olub.
Belə ki, qadına hücum etməkdə günahlandırılan Edrien Broner 2018-ci ildə Ohayo məhkəməsi tərəfindən zərərçəkmişə 800 000 dollar təzminat ödəməli olduğu barədə qərar qəbul edilib. Lakim idmançı cəmi 13 dollar pulunun olduğunu bildirib. Bu yaxınlarda isə sosial şəbəkə hesabında qalaq-qalaq pullarla çəkilmiş videosunu paylaşıb. Onun bu addımı məhkəmə qərarına hörmətsizlik kimi qəbul edilib və saxlanılıb.