Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən "Atalanta” (İtaliya) – "Liverpul” (İngiltərə) matçı qonaqların futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisinin 5:0 hesabı ilə qalib gəldiyi görüşdə fərqlənən misirli hücumçu turnirdə "qırmızılar”ın heyətində vurduğu qolların sayını 21-ə çatdırıb.
Bununla da, o, bu göstəricidə komandanın sabiq futbolçusu Stiven Cerrarda çatıb. Hazırda Salah Cerrarda birlikdə Çempionlar Liqasında "Liverpul”un ən çox qol vuran futbolçusudur.
Qeyd edək ki, 3 turdan sonra 9 xal toplayan "Liverpul” qrupun lideridir.
Fanat.Az