UEFA Millətlər Liqasında Azərbaycanla qarşılaşacaq Monteneqro seçməsinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Faruk Hacıbegiç 24 futbolçuya dəvət göndərib.
Qapıçılar: Daniel Petkoviç ("Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Miloş Draqoyeviç ("Buduçnost")
Müdafiəçilər: Stefan Saviç ("Atletiko” Madrid, İspaniya), Marko Simiç ("Liepaya”, Latviya), Jarko Tomaşeviç ("Astana”, Qazaxıstan), Adam Maruşiç ("Latsio”, İtaliya), İqor Vuyaçiç ("Partizan”, Serbiya), Momçilo Raspopoviç ("Riyeka”, Xorvatiya)
Yarımmüdafiəçilər: Nikola Vukçeviç ("Levante”, İspaniya), Vladimir Yovoviç ("Yablonets”, Çexiya), Aleksandar Şçekiç ("Partizan”, Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç ("Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç ("Standard” Lyej, Belçika), Marko Bakiç ("Muskron", Belçika), Deni Hoçko ("Muskron”, Belçika), Sead Hakşabanoviç ("Norrçöpinq”, İsveç), Vukan Saviçeviç ("Samsunspor”, Türkiyə)
Hücumçular: Fatos Beçiray ("Visla” Krakov, Polşa), Stevan Yovetiç ("Monako”, Fransa), Stefan Muqoşa ("İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç ("Rusenborq, Norveç).
Qeyd edək ki, Monteneqro millisi noyabrın 11-də Latviya ilə yoldaşlıq, ayın 14-də Azərbaycan, 3 gün sonra Kiprlə Millətlər Liqası oyununa çıxacaq.