"Barselona"nın müdafiəçisi Jerar Pike klub prezidenti Xosep Mariya Bortomeunun postunu tərk etməsinə reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, "Sport.es" Pikenin söylədiklərini belə çatdırıb:
"İndi klubumuz radikal dəyişikliklər ərəfəsindədir. İşlərin axarını sərfəli səmtə yönəltmək çox vacib idi. İldən-ilə geriləyirdik, hədəflərimizdən uzaq düşürdük. İndi yeni prezident seçkiləri olacaq, yeni rəhbərliyin dönəmində hər şeyin yaxşıya doğru dəyişəcəyinə ümid edirəm".
Qeyd edək ki, "Barselona" İspaniya Primyerasının turnir cədvəlində 12-ci pillədə mövqe tutub.
Fanat.Az