Türkiyəli məşqçi Bülent Uyğun koronavirusa yoluxub.
Fanat.Az-ın məlumatına görə, bu barədə o, özü məlumat verib.
49 yaşlı mütəxəssis sosial şəbəkə hesabında səhhəti ilə bağlı açıqlama yayıb.
"Yaxşıyam" desəm, yalan olar, "pisəm" desəm, inancıma toxunar. Nəyi yaşasam, şükür edirəm. Dua edirəm və dostlardan da bunu gözləyirəm. Allah ölkəmdəki bütün xəstələrə şəfa versin", deyə Uyğun bildirib.
Qeyd edək ki, Bülent Uyğun son olaraq "Dənizlispor"un baş məşqçisi olub.
Fanat.Az