"Barselona"nın sabiq müdafiəçisi Dani Alves kataloniyalıların 20 yaşlı oyunçusu Serjinyo Destə məsləhət verib.
Fanat.Az-ın məlumatına görə, Alvesin söylədiklərini "Goal" belə çatdırıb:
"Ona məsləhət verəsi olsaydım, nə deyərdim? Ən sadə variantı seçərdim: Topu Messiyə ver! Hə, Destin potensialı böyükdür. Amma müqayisə aparmayacam. O vaxt məni də Kafu ilə müqayisə edirdilər. Məncə, bu mənasızdır".
Serjinyo Dest "Barselona"ya bu ilin oktyabrında "Ayaks"dan (21 milyon avroya) transfer olunub. O, artıq İspaniya nəhənginin formasıyla 9 oyuna çıxıb.
Fanat.Az