Azərbaycan Premyer Liqasında IX turun "Sabah” - "Zirə” oyunu bəzi futbolçular yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı açıqlamada bildirilir. Oyunun tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.
11.55
Azərbaycan Premyer Liqasında IX turun bu gün keçirilməsi nəzərdə tutulan "Sabah" - "Zirə" matçı təxirə salınıb.
Bu barədə Fanat.Az-a Masazır təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.
Matçın göstərilən tarixdə baş tutmamasının dəqiq səbəbi yaxın saatlarda açıqlanacaq.
Qeyd edək ki, görüş saat 16:00-da start götürməli idi.