Bu gün keçirilməli olan Azərbaycan Premyer Liqasında IX turun "Zirə" ilə ev oyunu öncəsi "Sabah"ın klubunun bəzi futbolçularında koronavirus şübhəsi təsbit edilib.
Bu barədə "
Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
PFL rəsmisi futbolçuların adlarını açıqlamayıb.