Avropa çempionatının seçmə mərhələsinin son oyununda səfərdə İsveçrə ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç toplanışa 21 oyunçu cəlb edib. Ondardan 4-cü legionerdir.
Siyahını təqdim edirik: Kamran İbrahimov ("Neftçi"), Əkbər Vəliyev ("Keşlə"), Rüstəm Samiqullin, Elçin Mustafayev, Samir Məhərrəmli, Veysəl Rzayev, Ozan Can Kökcü (hamısı "Sabah"), Rauf Hüseynli, Nihad Tamazov, Toral Bayramov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Arsen Ağcabəyov, Ümid Səmədov ("Kəpəz"), Rüfət Əhmədov, İdris İnqilablı (hər ikisi "Qəbələ"), Emre Kaplan ("Başakşəhər", Türkiyə), Fərid Nəbiyev ("Viktoriya", Jikkov, Çexiya), Hacıağa Hacılı ("Zirə"), Barış Ekincier ("Bohum", Almaniya), Rüfət Abdullazadə ("Sumqayıt"), Məhəmməd Mustafa Yıldırım ("Alanyaspor", Türkiyə)
Qeyd edək ki, İsveçrə - Azərbaycan matçı noyabrın 12-də keçiriləcək.
Fanat.Az