Fransanın 2-ci liqasında çıxış edən "Soşo"nun futbolçusu Usseyn Tuin 4 oyunluq cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin rəqib futbolçunu dişləməsi olub. Belə ki, seneqallı futbolçu "Valansyen"lə matçdan sonra rəqib qapıçı Jerom Priorun sifətini dişləyıb.
Tuin qarşılaşmadan sonra rəqibini dişləmədiyini və qolkiperin ona qarşı irqçi ifadələr işlətdiyini bildirib.