"Yuventus" prezidenti Andrea Anyelli noyabr fasiləsində klub oyunçularını milli komandalara buraxmır.
Fanat.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, Turin təmsilçisinin prezidenti Andrea Anyelli və Neapol klubunun rəhbəri Aurelio De Laurentis oyunçuları yığmalara göndərmək istəmir.
Onlar milli komandaların beynəlxalq oyunlarının koronavirus pandemiyası zamanı problem yaratdığına inanırlar.
Funksionerlərin fikrinə əsasən, həmin matçlar sıx qrafiqdə daha çox stress yaradır və oyunçuların zədələnmə ehtimalını artırır.
Qeyd edək ki, oktyabr ayında "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun Portuqaliya millisinin düşərgəsində olduğu zaman keçdiyi koronavirus testi müsbət çıxıb. 35 yaşlı hücumçu 19 gün karantində olub və Çempionlar Liqasında " Barselona" ilə oyunu (0: 2) buraxıb.
Fanat.Az