"Bavariya” futbolçusu Robert Levandovski Münhen təmsilçisində, 300-cü oyununda da qol vurub.
Fanat.Az-ın məlumatına görə, 2014-cü ildə Dortmund "Borussiya”sından transfer olunan hücumçu sabiq komandası ilə görüşdə fərqlənib. Dortmunddakı qarşılaşmada 300-cü dəfə "Bavariya” forması geyinən polşalı forvard 259-cu qoluna imza atıb. 32 yaşlı polşalının orta məhsuldarlığı 0,86-ya bərabərdir.
Levandovskinin qolu ilə qonaqlar hesabda önə keçib – 2:1.