Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla isə UEFA Millətlər Liqasının oyunları üçün daha bir futbolçuya dəvət göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə "rtvslo.si" saytı məlumat yayıb.
Xəbərə görə, 59 yaşlı mütəxəssis "Nürnberq" klubunda icarə əsasında çıxış edən 21 yaşlı yarımmüdafiəçi Adam Qnezda-Çerini komandaya cəlb edib.
Xorvatiya "Riyeka"sına məxsus olan futbolçu ilk dəfə milliyə dəvət alıb.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycanı qəbul edəcək Sloveniya yığması 4 gün sonra evdə Kosovo ilə üz-üzə gələcək. Komanda noyabrın 18-də isə Yunanıstanın qonağı olacaq.
Fanat.Az