"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Makkabi” İsrail çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Təl-Əviv təmsilçisi VI turun oyunları çərçivəsində autsayder "Bney Saxnin”in qonağı olub.
Giorqos Donisin yetirmələri bu görüşdən minimal hesabla qalib gəlməyi bacarıblar – 2:1.
Qeyd edək ki, mövsümdə ilk qələbəsinə sevinən "Makkabi” xallarının sayını 6-ya çatdırıb və turnir cədvəlində 8-ci pilləyə yüksəlib.
Fanat.Az