"Barselona"nın 18 yaşlı hücumçusu Ansu Fati İspaniya Primyerasının 9-cu turunda sol dizindən aldığı menisk zədəsinə görə əməliyyat ediləcək.
Fanat.Az xəbər verir ki, "Betis"lə (5:2) matçda sıradan çıxan oyunçunun sağlıq durumu ilə bağlı klubun saytı məlumat yayıb.
Onun cərrahi müdaxilədən sonra 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bu mövsüm Fati "Barselona" forması ilə çıxdığı 7 çempionat oyununda 4 qol vurubsa, Çempionlar Liqasında 3 görüşdə forma şnsı qazanaraq 1 dəfə rəqib qapısına yol tapıb.
Fanat.Az