"Yuventus"un hücumçusu Kriştianu Ronaldu 2021-ci ilin yayında komandadan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, bu haqda sport.es-in məlumatında deyilir.
Mənbə bildirir ki, klub rəhbərliyi futbolçunu satmağı düşünür.
Turin təmsilçisinin portuqaliyalı ulduzu yüksək maaşına görə transferə çıxarmaq istədiyi qeyd olunur. Forvard bir mövsüm üçün 31 milyon avro maaş alır. Onun müqaviləsi isə 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Ronaldu 2018-ci ildə "Real"dan "Yuventus"a keçib. Portuqaliyalı cari mövsümdə oynadığı 5 rəsmi matçda 6 qol vurub və 1 qol ötürməsi verib.