Braziliyalı futbolçu Neymar klubu PSJ-ni tərk etmək fikrində deyil.
Fanat.Az xəbər verir ki, bu barədə "Telefoot" məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, 28 yaşlı hücumçu paytaxt təmsilçisi ilə müqavilənin müddətini uzatmaq istəyir. Artıq bununla bağlı klub rəhbərliyini də məlumatlanıdırıb. Lakin hələlik ona yeni sözləşmə təklif olunmayıb.
Qeyd edək ki, Neymarın PSJ ilə 2022-ci ilin yayınadək müqaviləsi var. Təcrübəli futbolçu cari mövsüm meydana çıxdığı 6 oyunda 2 qol vurub.
Fanat.Az