"Mançester Yunayted"in sabiq hücumçusu Lui Saha əvvəlki günlərinin kölgəsini xatırladan mankunyanlardan danışıb.
Fanat.Az xəbər verir ki, "Stadium Astro" Sahanın söylədiklərini belə çatdırıb:
"Hamı Ule-Qunnar Sulşerin üstünə düşür. Amma komandanın heyətinə də baxmaq lazımdır. Məsələn, Fred. Bacarıqlı oyunçudur. Amma uğur gətirəcək adam deyil. MY-yə dörd Bruno Fernandeş lazımdır. Komandada mənəvi problemlər var. Yenilər ciddi uğurlara köklənməyin vacibliyini anlamalı, bunu bacara biləcəklərinə inanmalıdılar. Çempionlar Liqasının qalibi olacağına inanmayan oyunçulardan uğur ummaq absurddur".
Fanat.Az