"Dünyanın ən böyük klubundayam. "Barselona"nın tarixində iz qoymaq istəyirəm".
Fanat.Az "Canal Football Club"a istinadən xəbər verir ki, bunu Kataloniya təmsilçisinə 60 milyon avro qarşılığında "Yuventus"dan transfer olunan Miralem Pyaniç deyib.
Orta xətt oyunçusu "Barselona"nın bir parçası olmağı arzuladığını söyləyib: "Həmişə burda olmaq, mümkün olan bütün titulları qazanmağı arzulamışam. Komandaya fayda vermək əsas hədəfimdir. Dediyim budur ki, "Barsa"da olmaqla kifayətlənmək niyyətində deyiləm. Məqsədim ən yaxşılardan biri kimi yaddaşlarda qalmaqdır".
Fanat.Az