İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Fransa ilə oyunlar öncəsi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, na istinadən xəbər verir ki, komandanın 20 yaşlı yarımmüdafiəçisi Noa Okafor qarşıdakı matçları buraxacaq.
Futbolçunun çıxış etdiyi Avstriyanın "Zaltsburq" klubunda 6 oyunçuda koronavirus aşkarlandığı üçün komandanın üzvləri karantinə alınıb. Bu səbəbdən Okafor ölkəsinə qayıda bilməyib.
Qeyd edək ki, noyabrın 12-də Tyun şəhərindəki eyniadlı arenada baş tutacaq İsveçrə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Fanat.Az