"Fiorentina"nın yeni baş məşqçisinin kimliyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, A Seriya təmsilçisi İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelliyə həvalə olunub. Ancaq 63 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, ötən ildən klubsuz olan Prendelli son olaraq "Cenoa" klubunda çalışıb.