"Barselona" menisk zədəsi üzündən uzun müddətə sıradan çıxan 18 yaşlı Ansu Fatiyə əvəzləyici tapıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispanı daha bir gənc - 19 yaşlı Konrad de la Fuente əvəzləyə bilər. Mənbə
baş məşqçi Ronald Kuman "Barselona"nın B komandasında top qovan de la Funteyə
böyük ümidlər bəslədiyini vurğulayıb.
Qeyd edək ki, 2013-cü ildən "Barselona"da olan Konrad ABŞ-ın U-20 millisinin də üzvüdür.
Fanat.Az