"Tottenhem" icarə əsasında formasını geyinən Qaret Beyli transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato.com" yayıb.
Mənbə İngiltərə klubunun Madrid "Real"ına 15 milyon avro təklif edəcəyini qabardıb. Bu pulun koronavirus pandemiyası üzündən yaranan maliyyə böhranı fonunda madridliləri qane etdiyi də bildirilib.
Xatırladaq ki, 2013-cü ildə məhz "Tottenhem"dən "Real"a 101 milyon avro qarşılığında keçən Qaret Beyl sentyabrın 19-da hotspurlulara icarəyə verilib. İcarə müqaviləsinə əsasən "Tottenhem" uelsli ulduza 9,8 milyon avro ödəyəcək, İspaniya klubu isə ona həftədə 415 min avro maaş verəcək.
Fanat.Az