"Futbol oynamağa başladığın komandanı ömrünün sonunadək unutmursan. Mən həmişə "Atletiko"lu olaraq qalacam".
Fanat.Az xəbər verir ki, bunu icarə əsasında "Yuventus"da oynayan Alvaro Morata "Football Espana"ya açıqlamasında deyib.
Forvard "hindular"ı "Barselona" və "Real"dan üstün komanda saydığını dilə gətirib: "Çolo ilə (Dieqo Simeone - red.) əla münasibətlərim var. Ona hər şeyin ən yaxşısını arzulayıram. Kluba da minnətdaram. Bilmirəm, yenidən görüşəcəyik, ya yox, amma "Atletiko"nun çempion olacağına ümid edirəm. Onlar "Real" və "Barselona"dan güclüdür. Çox əla oynayırlar. Hər oyuna qələbə üçün çıxmalıdılar".
Fanat.Az