"Liverpul"un müdafiəçisi Jorjinyo Veynaldum uzun müddətə sıradan çıxan Vircil van Deyki dəstəkləyib.
Fanat.Az xəbər verir ki, "Voetbal International" Veynaldumun zədəli komanda yoldaşı barədə söylədiklərini belə çatdırıb:
"Vircil futbolçunun başına gələ biləcək ən çətin vəziyyətlə mübarizə aparır. Əminəm ki, cəhənnəm əzabı çəkir. Amma o, xaraktercə çox güclü insandır. Tanrının köməyi ilə çətin günləri geridə qoyacaq. Ara-sıra hal-əhval tuturuq. Bu, mənim üçün də çox xoşdu".
Fanat.Az