PSJ 3 ulduz futbolçusu - Kilian Mbappe, Anxel di Mariya və Neymarla müqavilə yeniləmək hədəfi ilə danışıqlara başlayıb.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxt klubunun idman direktoru Leonardo danışıb:
"Neymar, Mbappe və di Mariya ilə müqaviləni uzatmaq üçün danışıqlara başladıq. Bu il PSJ-nin maliyyə itkiləri olduğunu xatırlamaq lazmdır. Çətin bir dövr keçirdik. Ancaq onsuz da Neymar və Mbappe ilə birbaşa danışıqlar aparırıq”.
Qeyd edək ki, Paris təmsilçisinin Neymar və Di Mariya ilə müqaviləsinin müddəti 2021-ci ilin, Mbappe ilə sözləşməsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
Fanat.Az