UEFA Millətlər Liqasının V turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının bir üzvündə koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Monteneqro millisinin mətbuat xidməti məlumat yayıb.
Adı açıqlanmayan futbolçu dərhal karantinə yerləşdirilib.
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Iviç” stadionunda baş tutacaq Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.