Bilbao "Atletik"inin rəhbərliyi yeni baş məşqçi axtarışındadır.
Fanat.Az AS qəzetinə istinadən xəbər verir ki, klub idarəçiləri "basklar"ın çalışdırıcısı Qaiska Qaritanonun uğursuz nəticələr üzündən postundan göndərilməsinə qərar verib.
"Atletiko"nun potensial yeni baş məşqçilərinin adları da müəyyənləşib. Bunlar Maurisio Poçettino, Ernesto Valverde və Marselinodur. Əlbəttə, son iş yeri "Tottenhem" olan Poçettinonun illik 10 milyon avro əməkhaqqı tələbini və Avropanın böyük klublarından birindən real təklif alması bu variantın reallaşmaq ehtimalını minimuma endirir. Ancaq digər iki namizədin şanslarını bərabər dəyərləndirmək olar.
Fanat.Az