Türkiyənin "Gənclərbirliyi” klubu baş məşqçisi Mert Nobreni istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Nobre ilə yanaşı, onun köməkçiləri ilə də qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
Qeyd edək ki, Nobre futbolçu karyerasına məhz "Gənclərbirliyi”ndə son verib. O, mövsümün əvvəlindən etibarən bu komandanı çalışdıdırdı. Paytaxt klubu onun rəhbərliyi altında keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazanıb. Komanda hazırda 5 xalla 19-cu pillədə qərarlaşıb.