Macarıstan millisinin baş məşqçisi Marko Rossi koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin federasiyanın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, test nəticəsi müsbət olan 56 yaşlı mütəxəssis komandadan təcrid edilib.
Qeyd edək ki, Macarıstan seçməsi Millətlər Liqasında noyabrın 15-də Serbiyanı, 3 gün sonra isə Türkiyəni qəbul edəcək.