"Bizim üçün Qazaxıstan üzərində qələbə UEFA Millətlər Liqasının qrup mərhələsinin son iki oyununa hazılaşmaq baxımından olduqca vacibdir".
Fanat.Az xəbər verir ki, bu sözləri Monteneqro millisinin futbolçusu Marko Bakiç deyib.
"Sports.kz" saytına danışan 27 yaşlı oyunçu bu gün Qazaxıstanla keçirəcəkləri yoldaşlıq oyunu barədə fikirlərini səsləndirib.
O, sözügedən qarşılaşmaya ciddi yanaşdıqlarını bildirib: "Komandamız bu il yaxşı nəticələr əldə edir. Öz qrupumuzda birinci yer uğrunda mübarizə aparırıq. B Divizionuna yüksəlmək üçün son iki oyunumuzu udmağa çalışacağıq. Bunun üçün kifayət qədər təcrübəmiz var. Bu, bizim hazırkı hədəfimizdir".
Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan - Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.