Portuqaliya millisinin superulduzu Kriştianu Ronaldu üçün Andorra ilə keçirilən yoldaşlıq görüşü (7:0) əlamətdar olub.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu milli formada 100-cu qələbəsini qazanıb.
Ronaldu yubiley zəfərini öz "Instagram" hesabında belə şərh edib: "Milli komadanın heyətində daha bir tarixi uğura nail olduğum üçün şadam”.
Bundan əlavə, oyunçu Avropada yığma ilə 100 qələbə həddinə çatan 4-cü futbolçu olub. İlk "3-lük”də İspaniya millisinin oyunçularından Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) yer alıb.
Qeyd edək ki, Ronaldunun Portuqaliya yığması ilə çıxdığı 168 oyunun 100-ü qələbə 42-si məğlubiyyət, 26-sı isə heç-heçə ilə başa çatıb. Futbolçu millidə ümumilikdə 102 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az